2022-ci ildə “TuranBank” əməkdaşlarının sayını artırıb.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, bankın illik hesabatına əsasən, 31 dekabr 2022-ci il tarixinə “TuranBank”da 746 nəfər (2021-ci ilin sonuna 569 nəfər) çalışıb. Beləliklə, 2022-ci ildə bankın ştatı 31,1% artıb.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. **
R.Əhmədov