2006-2023-cü illərdə “Şahdəniz” yatağından qaz hasilatının ümumi həcmi 192 milyard kubmetr təşkil edib. Bu barədə SOCAR şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
“Şahdəniz” yatağının işlənməyə başlandığı dövrdən etibarən 1 may 2023-cü il tarixinə olan vəziyyətə görə 192 milyard kubmetr qaz və 41 milyon ton kondensat hasil olunub”, - Yusifzadə cümə günü Bakı Enerji Forumunda çıxışında bildirib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib.
“Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (21,02%).
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir. “Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.**
N.Abbasova