Moskva şəhərində Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupunun görüşü başlayıb.
Rusiya baş nazirinin müavini Aleksey Overçukun mətbuat katibi Andrey Mayveyev “İnterfaks”a məlumat verib ki, işçi qrupu ötən həftə Rusiyanın paytaxtında keçirilən üç ölkənin liderlərinin görüşü zamanı dövlət baçıları tərəfindən verilən tapşırığa əsasən toplanıb.
Mayın 31-də Rusiya baş nazirinin müavini Aleksey Overçuk "İnterfaks"ın sualına cavabında bəyan edib ki, müzakirə olunacaq məsələlərə Azərbaycanla Ermənistan arasında sərhəd keçidinin modallığı ilə əlaqədar texiki detallar daxildir.
“Söhbət ondan gedir ki, bu sərhəddə beynəlxalq sərhədlərdə mövcud olan pasport, gömrük və digər nəzarət növləri olacaq", - Overçuk bildirib.
O qeyd edib ki, “bu gün tərəflər Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında “dəmir yolu əlaqəsinin bərpasına çox yaxınlaşıblar".**