Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün qanunvericilik bazası hazırdır, hazırda onların müzakirəsi prosesi gedir. Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovbəyan edib.
Onun sözlərinə görə, ƏƏSMN 2029-cu ildə özəl pensiya fondlarının fəaliyyəti üçün qanunvericilik bazasının yaradılması üzərində işə başlayıb.
“Bu məsələ ilə əlaqədar ilkin snədlər artıq hazırdır, hazırda bu layihələr müzakirə mərhələsindədir”, - Kərimov cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, nazirlik həmçinin MDB ölkələrinin bu məsələ ilə bağlı təcrübəsini öyrənib.
“Bizim məqsədimiz keyfiyyətli məhsul hazırlamaq və vətəndaşlar üçün əlavə imkanlar yaratmaqdır”, - o əlavə edib. **
R.Kərimov