Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun(TBNM) inkişafı üçün infrastruktur layihələrə sərmayələr 6 milyard avroya yaxın təşkil edəcək. Bu barədə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyanın baş katibi Qaydar Abdikerimov bəyan edib.
Cümə günü Abdikerimov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq Nəqliyyat Logistika Forumunda bildirib ki, daşımalarda gecikləmələrin aradan qaldırılması məqsədilə dar yerlər aşkar ediləndən sonra marşrutun sinxron genişləndirilməsi üzrə 5 illik yol xəritəsi (2022-ci ilin noyabr ayında Aktauda imzalanıb - İF) var. Onun sözlərinə görə, bu layihədə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə iştirak edir.
“Həmin yol xəritəsi çərçivəsində 6 milyard avroya yaxın məbləğdə infrastruktur layihələr reallaşdırılacaq”, - “İnterfaks-Azərbaycan” baş katibin sözlərinə istinadən məlumat verir.
“2022-ci il ərzində Xəzər dənizi vasitəsilə 1,5 milyon ton yük daşımışıq. Bu, əsasən 4 əsas limandır: Aktau, Kurık (hər ikisi Qazaxıstanadır - İF), Ələt və Hövsan (hər ikisi Azərbaycandadır - İF)”, - o qeyd edib.
Abdikerimov vurğulayıb ki, bu marşrut ilə Qazaxıstan ixracı 8 dəfə və konteyner daşımaları artıb.
O, həmçinin bildirib ki, ötən il marşrut çərçivəsində 33,6 min konteyner daşınıb.
Daha öncə Qazaxıstan baş nazirinin müavini Alixan Smailov bəyan edib ki, 2023-cü ildə TBNM ilə yükdaşımalarının həcmi 2 milyon ton təşkil edəcək, 2025-ci ilədək – 10 milyon tona çatacaq. **
X.Nəsirzadə