Dünya Bankı (DB) məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycana $2 milyon məbləğində qrant ayırır.
“İnterfaks-Azərbaycan”a Dünya Bankının Azərbaycandakı Nümayəndəliyindən verilən məlumata əsasən, cümə günü Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət KomitəsiiləDünya Bankıarasındamüvafiq saziş imzalanıb.
DB-dən qeyd olunub ki, layihə 3 il müddətinə nəzərdə tutulur.
“Layihə DB-nin idarə etdiyi Dövlət və Sülh Quruculuğu Fondu tərəfindən maliyyələşdirilir. Layihənin məqsədi – bu kateqoriyadan olan vətəndaşlar üçün vətəndaş fəallığını, texniki bacarıqları və gəlir əldə etmək imkanlarını artırmaqdır”, - bankdan vurğulanıb. **
R.Kərimov