1 yanvar 2023-cü il tarixinə olan vəziyyətə görə, Azərbaycanda dəqiqləşdirilmiş çıxarıla bilən və proqnozlaşdırılan kondensatla neft və qaz ehtiyatları neft ekvivaletində 8,43 milyard ton həcmində qiymətləndirilir.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, SOCAR-ın qiymətləndirmələrinə əsasən, Azərbaycanda dəqiqləşdirilmiş çıxarıla bilən və proqnozlaşdırılan kondensatla neft ehtiyatları 2,54 milyard ton, qaz ehtiyatları – 6,25 trilyon kuibmetr təşkil edir.
“Ümumilikdə, 1 yanvar 2023-cü il tarixinə olan vəziyyətə görə, Azərbaycanda 2,2 milyard ton neft və 992 milyard kubmetr qaz hasil olunub”, - şirkət qeyd edir.
2021-2022-ci illərdə Azərbaycanda 1,26 milyon metr həcmində qazma işləri, həmçinin, 43,3 min metr – kəşfiyyat qazma işləri, 1,21 milyon metr – istismar qazma işləri həyata keçirilib. Bu dövr ərzində 15 kəşfiyyat və 741 istismar quyusu qazılıb.
SOCAR-ın məlumatına görə, 1 yanvar 2023-cü il tarixinə olan vəziyyətə görə, Azərbaycanda 81 yatağ aşkar edilib, onlardan 58-i hasil olunur, 23 yataq isə işlənməyə cəlb olunmayıb və yaxud işlənməsi dayandırılıb. İşlənmədə olan 39 yataq quru ərazidə, 19 yataq isə dəniz ərazisində yerləşir. **
N.Abbasova