Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin seçilmiş prezidenti Rəcəb Tayyip Ərdoğanın inaqurasiya mərasimində iştirak edəcək.
“Ermənistan Respublikası Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın inaqurasiya mərasimində iştirakına dəvət alıb. İyunun 3-də Ermənistanın baş naziri Nikol Paşinyan mərasimdə iştirak üçün Ankaraya yola düşəcək”, - Ermənistan hökumətinin mətbuat xidməti cümə günü məlumat verib. **