Macarıstan Rusiyanın enerji daşıyıcılarından imtina etmək niyyətində deyil, lakin şaxələndirilmə məqsədilə digər istehsalçılarla da danışıqlar aparır. Bu barədə “İnterfaks”a Macarıstanın XİN başçısı Peter Siyarto məlumat verib.
"Biz Rusiya tədarükünü əvəz etmək niyyətində deyilik - nə nefti, nə də qazı. Rusiya bizim üçün etibarlı tərəfdaş olub: həm “Qazprom”, həm də neft istehsalçıları. (. . .) Digər məsələ - şaxələndirilmədir. Ancaq, zənnimizcə, bu o demək deyil ki, bir mənbəni digəri ilə əvəz etmək istəyirik. Şaxələndirilmə bizim üçün başqa mənbələrin axtarışı deməkdir, lakin Rusiya resurslarını əvəz etmək məqsədilə yox", - Siyyarto deyib.
O, Azərbaycanı və Türkiyəni Macarıstana əlavə həcmdə qaz tədarük edə biləcək və Macarıstanın danışıqlar apardığı əsas tədarükçü ölkələr qismində qeyd edib. **