Şənbə günü Türkiyə Parlamentində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın and içmə mərasimi keçirilib.
«Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təntənəli andiçmə və səlahiyyətlərinin icrasına başlama mərasimi şənbə günü, 3 iyun tarixində Ankarada Türkiyə parlamentinin binasında baş tutub», - Anadolu agentliyi məlumat verir.
Mərasimdə 78 ölkənin nümayəndələri, o cümlədən 20 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər.
69 yaşlı Ərdoğan üçüncü müddətə - 2028-ci ilə qədər prezident seçilib.
Daha sonra Ərdoğan Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün məqbərəsi qarşısına çələng qoyub. Həmçinin, tədbirə gələn qonaqların şərəfinə nahar planlaşdırılır.
Şənbə günü Ərdoğan Türkiyə Nazirlər Kabinetinin yeni tərkibini də açıqlayacaq. **