Azərbaycanda koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 859-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 4 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 10 min 277 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 539 nəfər (sutka ərzində +9) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 43 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1472 (ötən gün 830 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 625 min 572 test aparılıb.**
V.Əliyev