Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin yeni müdafiə naziri ordu generalı Yaşar Gülərə təbrik məktubu göndərib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
Həsənov xatırladıb ki, Gülər Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olarkən Azərbaycan Ordusunun təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsinə dəstəyinizi əsirgəməyib.
“Əminəm ki, Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə də birgə fəaliyyətimiz yüksək səviyyədə davam edəcək. Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlığın daha da inkişafına və güclənməsi istiqamətində atılan addımlara böyük töhfələr verəcəksiniz”, - məktubda deyilir. **
V.Əliyev