Azərbaycan Respublikasının baş naziri Əli Əsədov Cevdet Yılmaza Türkiyənin vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb. Bu barədə Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib.
Məktubda “Bir millət iki dövlət” şüarını rəhbər tutan Azərbaycan ilə Türkiyə asında müttəfiqlik münasibətlərinin bundan sonra da uğurla inkişaf etməsi, eyni zamanda, İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində iki ölkənin əməkdaşlığının ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, humanitar və bütün digər sahələrdə daha da genişləndirilməsi istiqamətində birgə səy göstərməyə hazırlıq ifadə olunub. **
V.Əliyev