Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edəcək. Bu barədə Anadolu agentliyi məlumat verir.
Görüş prezidentin Dolmabahçe iş ofisində KIV üçün qapalı rejimdə keçiriləcək. Tərəflər əsasən İsveçin NATO-ya daxil olma prosesini müzakirə edəcəklər.
Xəbər verildiyi kimi, NATO-nun baş katibi Yens Stoltenberq təkrar seçilmiş Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimində iştirak üçün iyunun 3-də Ankaraya səfərə gəlib. **
V.Əliyev