Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı zamanı ona yeni təyinatı münasibətilə təbriklərini çatdırıb və uğurlar arzulayıb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
Bayramov dərin köklərə, ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında çoxşaxəli və strateji müttəfiqlik münasibətlərinin inkişafı üçün birgə səylərin daha da möhkəmlənəcəyindən əmin olduğunu bildirib.
Məlumatda deyilir ki, tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.
Bayramov Hakan Fidanı Azərbaycana səfərə dəvət edib.
Yeni nazir təbriklərə və xoş sözlərə görə Bayramova təşəkkür edib və ölkəmizə səfər dəvətini məmnuniyyətlə qəbul edib. **
V.Əliyev