NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla danışıqlardan sonra bəyan edib ki, İçveç Şimali Atlantika Alyansına daxil olmaq üzrə Türkiyənin şərtlərini yerinə yetirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra Stoltenberqin çıxışı hərbi blokun saytında yayımlanıb.
O cümlədən, Stoltenberg qeyd edib ki, o, iyunun 12-də Türkiyə, İsveç və NATO-nun iştirakı ilə üçtərəfli görüşün keçirilməsi barədə Ərdoğanla razılığa gəlib.
Ərdoğanla Stoltenberq arasında danışıqlar təxminən saat yarım davam edib. Danışıqların əsas mövzusu İsveçin NATO-ya daxil olması olub. **
V.Əliyev