Türkiyə Müdafiə Nazirliyi məlumat verir ki, ölkə Kosovoda xüsusi təyinatlı qüvvələrin batalyonunun yerləşdirilməsinə başlayıb. Bu barədə nazirliyin Twitter sosial şəbəkəsində məlumat dərc olunub.
Daha öncə NATO müvafiq xahiş ilə Ankaraya müraciət edib.
«Kosovoda baş verən hadisələrdən sonra 65-ci motoatıcı briqadamızın bölgədə yerləşdirilmiş xüsusi təyinatlı qüvvələrin batalyonu Kosovoda yerləşdirilməyə başlanılıb», - nazirlikdən bildirilib.
Bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi məlumat verib ki, Ankara NATO-nun xahişi ilə Kosovoya xüsusi təyinatlı qüvvələrin batalyonunu göndərəcək. **
V.Əliyev