2024-cü ildə OPEC+ sazişi çərçivəsində Azərbaycanda gündəlik neft hasilatı 133 min barrel – 551 min barrelədək azalacaq.
Bazar günü OPEC+ Alyansı 2024-cü ildə neft hasilatı səviyyəsini gündəlik 40,46 milyon barrelədək azalmaq barədə qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” Alyansın press-relizinə istinadən məlumat verir.
Bunun 24,994 milyon barreli OPEC ölkələri, 15,469 milyon barrel – qeyri-OPEC ölkələrinin payına düşür.
2022-ci il oktyabr tarixli sazişə əsasən, OPEC+ ölkələri gündəlik 41,856 milyon barrel hasil etməli idi, bunun 25,416 milyon barreli OPEC, 16,44 milyon barreli – qeyri-OPEC ölkələrinin payına düşüb.
Yeni razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Əlcəzair, Qazaxıstan, Oman və Cənubi Sudanda hasilatın icazə verilən səviyyəsi dəyişmir.
OPEC+ sazişi çərçivəsində hasilatın icazə verilən səviyyəsi Azərbaycanda 133 milyon barrel az - 551 milyon barrel olacaq. **
R.Əhmədov