Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 2023-cü ilin sonuna qədər Azərbaycanla sülh sazişinin imzalanmasını mümkün hesab edir.
“Ermənistanla Azərbaycan arasında çox intensiv danışıqlar aparılır. Əgər bu intensivlik qorunarsa və beynəlxalq bilriyin güclü köməkliyi olarsa, o zaman ilin sonunadək sülh sazişinin imzalanması imkanı mövcuddur. Biz mümkün qədər tez zamanda saziş imzalamağa yönəlmişik", - Qriqoryan Ermənistanın İctimai Televiziyasının efirində bəyan edib.
Onun sözlərinə görə, İrəvan iyunun 1-də Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında Kişineuda keçirilən görüşü müsbət qiymətləndirir.
"Bu, sülh gündəliyini irəlilətmək üçün yaxşı fürsətdir. Beynəlxalq briliyin bu gündəliyə köməkliyi çox vacibdir", - Qriqoryan bildirib. **
İnformasiya şöbəsi