2024-cü ildə OPEC+ sazişi çərçivəsində Azərbaycanın gündəlik kvotası 551 min barrel təşkil edəcək. Bu barədə Energetika Nazilriyi məlumat verir.
Xəbər verildiyi kimi, 2023-cü ildə OPEC+ çərçivəsində neft hasilatı üzrə Azərbaycanın kvotası 684 min barrel təşkil edir. Beləliklə, 2024-cü ildə hasilat üzrə gündəlik kvota 133 min barrel azalacaq.
İyunun 4-də Vyanada keçirilən iclasda OPEC+ çərçivəsində 2024-cü ildə gündəlik hasilatı 40,46 milyon barrelə qədər azaltmaq barədə qərarı şərh edən energetika naziri Pərviz Şahbazov bildirib ki, əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən balansa nail olmaq və neft sektorunun inkişafına mənfi təsir göstərən volatilliyin qarşısını almaqdır.
“Hesab edirəm ki, OPEC və OPEC+ ölkələrinin bu qərarı da neft bazarına zəruri dəstəyi təmin edəcək”, - Şahbazov əlavə edib.
OPEC + çərçivəsində növbəti görüş 26 noyabr tarixində Vyanada baş tutacaq. **
R.Əhmədov