Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan respublikanın KTMT-yə üzvlüyü ilə əlaqədar problemlər barədə bəyan edib.
"Ermənistanın KTMT-yə üzvlüyü əlbəttə ki, müəyyən problemlər yaradır, lakin digər ölkələrlə əməkdaşlığımızı məhdudlaşdırmır. Biz təhlükəsizlik sahəsində əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində Qərb tərəfdaşlarımızla intensiv işləyirik və bu işi davam etdirəcəyik", - Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində bildirib.
Onun sözlərinə görə, «2020-ci ildən etibarən KTMT-nin Ermənistana köməyinə dair misal tapmaq çətin olar».
Qriqoryan qeyd edib ki, Ermənistan alternativ tapıb, «məsələn, Avropa İttifaqının monitorinq missiyasını».
"Yalnız bundan sonra KTMT Ermənistana kömək təklif edib. Hərbi adlandırılan blok (...) Ermənistana faktların toplanması missiyasını təklif edir. Bu, heç də ciddi deyil", - Təhlükəsizlik Şurasının katibi yekun vurub. **