İran Tehrandakı səfirliyin fəaliyyətinin bərpa edilməsi məsələsi ilə bağlı Azərbaycana müraciət edib. Bunu bu gün jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Bizə İran tərəfindən bu ölkədəki diplomatik missiyamızın fəaliyyətinin bərpası ilə bağlı bir neçə müraciət daxil olub”, - deyə o bildirib.
Nazir qeyd edib ki, səfirliyin fəaliyyətinin bərpası və səfirliyə hücumun araşdırılması bir-biri ilə əlaqəli məsələlərdir.
Onun sözlərinə görə, Azərbaycan tərəfi hücumu həyata keçirən cinayətkarların məsuliyyətə cəlb edilməsinə tam əmin olmalıdır.
“Azərbaycan tərəfinə bununla bağlı bütün təminatlar sözdə deyil, əməldə verilməlidir”, - deyə Bayramov vurğulayıb.
XİN başçısı, həmçinin deyib ki, hazırda İran tərəfi Azərbaycanın Tehrandakı səfirliyinə hücum faktı ilə bağlı araşdırmanı davam etdirir.*
R.Kərimov