Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Sahil küçəsində (4-cü mikrorayon) yolun asfalt örtüyünün əsaslı təmiri işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “REYTING GROUP” MMC ilə 1 milyon 642,816 min manat məbləğində müqavilə bağlanıb.
İşlər cari il ərzində icra olunacaq.*
R.Kərimov