Stefani Ştalmeyster (Stefanie Stallmeister) Dünya Bankının (DB) Azərbaycan üzrə yeni ölkə meneceri təyin olunub, o, 2023-cü ilin iyul ayından fəaliyyətə başlayacaq.
DB-nin Bakı nümayəndəliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, Stefani Ştalmeyster ölkə üzrə menecer qismində 2020-ci il iyulun 1-dən Bakı ofisinə rəhbərlik etmiş Sara Mayklı (Sarah Michael) əvəz edəcək.
Stefani Ştalmeyster 2019-cu il iyulun 1-dən DB-nin Vyetnamdakı əməliyyat meneceri olub.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə bankın ümumilikdə $3,2 milyard məbləğində kredit vəsaiti hesabına Azərbaycanda 49 layihə həyata keçirilib. Hazırda 3 layihə aktivdir.*
R.Əhmədov