Azərbaycan hökuməti 2023-cü il dövlət büdcəsinin parametrlərinə yenidən baxılması çərçivəsində daxili borclanma limitini artırır.
Milli Məclisdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, iyunun 6-da parlamentdə 2023-cü il dövlət büdcəsinə dəyişikliklər layihəsi müzakirə olunacaq.
“Layihəyə əsasən, 2023-cü ildə 1,3 milyard manat məbləğində nəzərdə tutulmuş daxili borclanma limiti 500 milyon manat artırılaraq 1,8 milyard manata çatdırılır”, - deyə məlumatda qeyd olunur.
Beləliklə, limit 38,5% artırılır.*
R.Əhmədov