“AccessBank” 2022-ci ildə əməkdaşlarının sayını artırıb.
“İnterfaks-Azərbaycan” agentliyi bankın illik hesabatına istinadən xəbər verir ki, 2022-ci il dekabrın 31-nə “AccessBank”da 1320 nəfər çalışıb, 2021-ci ilin sonuna bu göstərici 1261 nəfər təşkil edib.
Beləliklə, 2022-ci ildə bankın işçilərinin say həddi 4,7% artıb.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının ilk onluğunda yer alır. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır. Asiya İnkişaf Bankı (30,12%), Avropa İnvestisiya Bankı (26,31%) və FMO (14,24%) “AccessBank”ın əsas səhmdarlarıdır.*
R.Əhmədov