2023-cü ilin yanvar-mart aylarında Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 833 milyon 550,8 min manat (cari məzənnə ilə $490,3 milyon) gəlir əldə edib ki, bu da 2022-ci ilin I rübünün göstəricisindən 20,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə hava nəqliyyatı ilə yükdaşımalardan 548 milyon 768 min manat gəlir (azalma 37,4%) əldə edilib. Bu gəlirlərin əsas həcmi – 548 milyon 464,3 min manatı (azalma 37,5%) beynəlxalq yükdaşımaların, 303,7 min manatı isə daxili yükdaşımaların (artım 1,9 dəfə) payına düşüb.
Hava nəqliyyatı ilə sərnişin daşımalarından 284 milyon 782,8 min manat məbləğində gəlir (artım 68,5%) əldə edilib. Gəlirlərin əsas həcmi - 274 milyon 355,5 min manatı (artım 86%) beynəlxalq sərnişindaşımaların, 10 milyon 427,3 min manatı (azalma 51,4%) daxili sərnişindaşımaların payına düşüb.
2023-cü ilin yanvar-mart aylarında hava nəqliyyatı ilə yükdaşımaların həcmi 83 min ton (azalma 45,6%), sərnişin daşımalarının həcmi 539 min nəfər (artım 47,9%) təşkil edib.
2022-ci ildə Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 4 milyard 904 milyon 809,7 min manat (artım 51,4%), o cümlədən yükdaşımalardan 3 milyard 642 milyon 937,9 min manat (artım 12,4%), sərnişindaşımalardan isə 1 milyard 261 milyon 871,8 min manat gəlir (artım 98,7%) əldə edib.*
N.Abbasova