Azərbaycanda koronavirus infeksiyasına 1 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 862-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 277 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 549 nəfər (sutka ərzində +1) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 36 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 454 (ötən gün 646 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 626 min 672 test aparılıb.*
X.Nəsirzadə