Azərbaycan 2022-ci ildə Rusiyaya gilasın əsas tədarükçüsü olub.
“İnterfaks-Azərbaycan” agentliyi “Rosselxozbank”a istinadən xəbər verir ki, 2021-ci illə müqayisədə 2022-ci ildə Azərbaycan Rusiyaya gilas ixracını 1,5 dəfə - 29,2 min tona qədər artırıb.
Tədarükçülərin ilk üçlüyünə Türkiyə (24,3 min ton, +7%) və Moldova (9,8 min ton, +37%) da daxildir.
Bundan başqa, Azərbaycan 2022-ci ildə Rusiyaya çiyələk ixracını iki dəfə artırıb. Azərbaycandan 9,8 min ton çiyələk (2021-ci illə müqayisədə artım 2 dəfə) tədarük olunub.
“Rosselxozbank”ın ekspertlərinin proqnozlarına görə, yaxın üç ildə Rusiyanın çiyələk bazarı idxal olunan məhsulların payının tədricən azalması və həcmlərin Türkiyə, Belarus və Azərbaycan arasında yenidən bölüşdürülməsi nəticəsində ildə orta hesabla 5% böyüyəcək.*