Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən “Anatolian Phoenix – 2023” (“Anadolu Ankası – 2023”) beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.
“Beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edəcək”, - deyə Müdafiə Nazirliyindən bildirilib.
“Anatolian Phoenix – 2023” beynəlxalq təlimi iyun ayının 16-na qədər davam edəcək.*
N.Abbasova