Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 6-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyunun 6-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8233 manat/1EUR səviyyəsində (iyunun 5-nə 1.8184 manat/1EUR) müəyyən edilib.
AMB iyunun 6-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0211 manat/1RUB səviyyəsində (5 iyun - 0.0210 manat/1RUB) müəyyən edib.
İyunun 6-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0793 manat/1TRY səviyyəsində (iyunun 5-nə 0.0805 manat/1TRY) müəyyən edilib.**
N.Abbasova