Çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında iştirak etmək məqsədilə Avstriyaya işgüzar səfərə yola düşüb. Bu barədə XİN-dən məlumat verilir.
“Səfər çərçivəsində nazir Bayramovun ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı, habelə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb”, - XİN-in məlumatında deyilir.
XİN-dən əlavə olunub ki, çərşənbə günü Bayramovun Slovakiyaya işgüzar səfəri çərçivəsində xarici və Avropa işləri naziri Miroslav Vlaxovski, o cümlədən bu ölkənin digər yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. **
R.Kərimov