Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bazar ertəsi axşam saatlarından çərşənbə axşamı səhər saatlarına qədər Qarabağ regionunda sərhəddə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbayan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub.
“İyunun 5-i saat 22:50-dən iyunun 6-sı saat 04:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələrində (Ermənistanla sərhəddə - İF) yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub”, - məlumatda qeyd olunur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirlərigörülüb.
Məlumatda deyilir ki, bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam, Xocavənd, Füzuli və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
“Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhaldayandırılıb”, - nazirliyin məlumatında vurğulanır. **
X.Nəsirzadə