“Almet Trading Baku” QSC 2 milyon manat məbləğində istiqarzların yerləşdirilməsini planlaşdırır.
“İnterfaks-Azərbaycan”a maliyyə bazarındakı mənbə məlumat verib ki, emissiya bir qiymətli kaöız üçün nominalı 1 min manat olan 2 min ədəd istiqraza bölünüb.
Həmçinin, istiqarzlarının yerləşdirilməsinin iki tranşla (hər biri 1 milyon manat) yerləşdirilməsi planlaşdırılır.
İstiqrazların tədavül müddəti – 24 ay, kupon dərəcəsi – illik 13% (kupon ödənişi hər 90 gündən bir) təşkil edir.
“Almet Trading Baku” QSC 2019-cu ilin mart ayında dövlət qeydiyyatından keçib. Şirkət armatura və s. məmulatların idxalı və satışı ilə məşğul olur. 2022-ci ildən etibarən şirkət dəmir məhsullarının istehsalı ilə məşğul olur.
“Almet Trading Baku”nun nizamnamə kapitalı 2 milyon manata bərabərdir, səhmdarları 2 fiziki şəxsdir. 2022-ci ilin sonuna cəmiyyətin aktivləri 8 milyon manat, öhdəlikləri – 4,7 milyon manat, kapitalı – 3,3 milyon manat həcmində qiymətləndirilir. 2022-ci il ərzində xalis mənfəəti 1 milyon amnat təşkil edib. **
R.Əhmədov