Azərbaycan hökuməti 2021-2022-ci il illərdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına dövlət büdcəsindən 6,4 milyard manat ayırıb, 2023-cü ildə bu məqsədlərə 5,2 milyard manatdan çox vəsait yönəldiləcək. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
“2021-2022-ci il illərdə azad edilmiş ərazilərin (Qarabağ və Şərqi Zəngəzurun – İF) dirçəlməsinə dövlət büdcəsindən 6,4 milyard manat ayrılıb”, - Şərifov çərşənbə axşamı Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 2023-cü ilin dövlət büdcəsində azad edilmiş ərazilərdə layihələrin icrasına ilkin oalraq 3 milyon manat nəzərdə tutulurdu, 5 ay ərzində bu vəsaitin 60%-i artıq ayrılıb.
Şərifov əlavə edib ki, 2023-cü il dövlət büdcəsinə dəyişikliklər Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə layihələrin maliyyələşdirilməsinə əlavə olaraq 2,26 milyard manatın ayrılmasını nəzərdə tutur. “Beləliklə, bu il qeyd olunan məqsədlərə dövlət büdcəsindən maliyyələşmənin ümumi həcmi 5,26 milyard manat təşkil edəcək”, - maliyyə naziri vurğulayıb. **
X.Nəsirzadə