Azərbaycanda 2027-ci ilə qədər milli mətbəx yeməklərinin elektron kataloqu hazırlanması planlaşdırılır. Bu barədə Azərbaycan Turizm Bürosunun sektor müdiri Səkinə Əsgərova məlumat verib.
“Layihə (elektron kataloqun hazırlanması - İF) mərhələli şəkildə rellaşdırılacaq, 2026-cı ildə nəticələrin təqdim edilməsi planlaşdırılır”, - Əsgərova çərşənbə axşamı Bakıda “Azərbaycanın qastroturizm perspektivləri”nə həsr olunan ətbuat konfransı çərçivəsində bəyan edib.
Öz növbəsində, Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynovaqeyd edib ki, Azərbaycan mətbəxinin demək olar ki, unudulmuş reseptlər layihəsi və "street food" (küçə yeməyi) konsepsiyası üzərində iş aparılır, burada qutab və onun populyarlaşdırılmasına xüsusi rol ayrılır.
O cümlədən, Hüseynova əlavə edib ki, Qarabağda turizmin inkişafına diqqət ayrılır. O, həmçinin Tuğ kəndində (Qarabağ iqisadi rayonunun Xacavənd rayonu) qastonomiya mərkəzi açmaq və 2023-cü ildə Şuşada kulinariya günləri keçirmək planları barədə məlumat verib. **
R.Kərimov