Çərşənbə axşamı Milli Məclisin növbədənkənar sessiyasının iclasında yol hərəkəti qaydalarının pozulmasına görə bir sıra cərimələrin məbləğinin artırılmasını nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda qəbul olunub.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Məcəllənin 328-ci maddəsində edilən dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 250 manat (hazırda 150 manat) məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 350 manat (hazırda 250 manat) məbləğində cərimə ediləcək.
Əgər nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs idarə edərsə (332-ci maddə), o zaman cərimənin məbləği 300 manat (hazırda 200 manat), zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə -400 manat (hazırda 300 manat) təşkil edəcək.
Əgər nəqliyyat vasitəsinin sürücüsü alkoqolun təsiri altında yol-nəqliyyat hadisəsi törədərsə, o zaman cərimənin məbləği 500 manat təşkil edəcək.
Azərbaycanda nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 600 manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan bir ilədək müddətə məhdudlaşdırılma cəzası nəzərdə tutulur. Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 800 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılır. Xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 900 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılır.
Xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə 1 min manat (hazırda 800 manat) məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 aydan 3 ayadək müddətə inzibati həbs tətbiq olunur. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə 1 aydan 3 ayadək müddətə inzibati həbs tətbiq olunur.
342-ci maddəyə edilən dəyişikliyə əsasən, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayanvə ya başqa nəqliyyat vasitələrinə verilmişdövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə - 100 manat məbləğində (hazırda 60 manat)cərimə edilir.
Bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə -
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, 500 manatdan 700 manatadək məbləğdə (hazırda 400 manatdan 700 manatadək) cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədənimtina etməsinə görə (343.8-ci maddə) 150 manat cərimə nəzərdə tutulur. Xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədənimtina etməsinə görə 250-350 manat məbləğində cərimə edilir (343.9-cu maddə).
Azərbaycanda nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 600 manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılma cəzası nəzərdə tutulur. Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 800 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılır. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq. **
R.Əhmədov