31 mart 2023-cü il tarixinə Azərbaycanın sığorta sektorunun aktivləri (sığorta, təkrarsığorta və broker şirkətərinin aktivləri daxil olmaqla) 1 milyard 791 milyon 198 min manat təşkil edib, bu da 2022-ci ilin sonuna olan göstəricidən 9,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a maliyyə bazarındakı mənbə məlumat verib.
Həmçinin, 617 milyon 342,2 min manat və ya aktivlərin 34,5%-i uzunmüddətli maliyyə aktivlərində (artım 7,8%), 460 milyon 99,1 min manat (artım 2,6%) – bank hesablarında, 140 milyon 52,7 min manat (artım 3,2%) – sığorta ehtiyatlarında təkrarsığortaçıların payı təşkil edir, qalanı – digər aktivlərdə yerləşdirilib.
2023-cü il aprelin əvvəlinə sığorta sektorunun ümumi nizamnamə kapitalı 384 milyon 529,2 min manat (artım 0,3%) təşkil edib.
2023-cü il aprelin 1-nə sektorun sığorta ehtiyatları 1 milyard 58 milyon 282,4 min manat (artım 13,8%), ümumi bölüşdürülməmiş mənfəəti – 132 milyon 735,6 min manat (artım 32,5%) həcmində qiymətləndirilir.
2023-cü il aprelin 1-nə sığorta sektorunda 35 hüquqi şəxs qeydiyyata alınıb, onların 34-ü özəl hüquqi şəxsdir (6 şirkət xarici kapitala malikdir - İF). Bundan başqa, 2022-ci il aprelin əvvəlinə ölkədə 20 sığorta, 1 təkrarsığorta və 11 broker şirkəti fəaliyyət göstərib.
2023-cü il aprelin 1-nə Azərbaycanın sığorta sektorunda orta aylıq əmək haqqı 1976,3 manat təşkil edib, bu da 2022-ci ilin birinci rübünün sonuna olan göstəricidən 14,9% çoxdur. **
X.Nəsirzadə