Azərbaycanda koronavirus infeksiyasına 3 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 865-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl üç gün ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 10 min 277 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 550 nəfər (sutka ərzində +1) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 38 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 185 (ötən gün 454 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 627 min 857 test aparılıb.**
R.Kərimov