Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələri ilə postmünaqişə dövründə Bakı və İrəvanın münasibətərini müzakirə edib. Bu barədə Azərbaycan XİN Twitter hesabında məlumat verir.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın sədrliyi ilə təşkil olunmuş ATƏT yanında üzv-dövlətlərin daimi nümayəndələri ilə (Vyanada - İF) “dəyirmi masa”da iştirak edib. ATƏT-in əməkdaşlığı və postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinə dair səmərəli müzakirələr baş tutub”, - XİN-dən qeyd ediblər.
Xəbər verildiyi kimi, çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında iştirak etmək məqsədilə Avstriyaya işgüzar səfərə yola düşüb.Həmçinin, səfər çərçivəsində nazir ikitərəfli görüşlər keçirəcək. **
R.Kərimov