İtaliyada səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov çərşənbə axşamı bu ölkənin Hərbi Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendino ilə görüşüb.
“Görüşdə hər iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb», - Azərbaycan Müdafiə Nazirliyindən məlumat vetilir. **
N.Abbasova