Dünya Bankı (DB) 2023-cü ildə Azərbaycanda ÜDM-in artımını 2,2% səviyyəsində prqonozlaşdırır.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, DB-nin iyun ayında dərc olunmuş «Global Economic Prospects» məruzəsinə əsasən, bankın qiymətləndirmələrinə görə, 2024-cü ildə Azərbaycanda ÜDM-in artımı 2,5%, 2025-ci ildə - 2,6% təşkil edəcək.
Bütövlükdə, 2023-2025-ci illər üzrə Azərbaycanda ÜDM-in artım templəri ilə bağlı iyun proqnozu 2023-cü ilin aprel ayında dərc olunmuş DB-nin proqnozlarına uyğundur.
Beləliklə, DB təsdiq edib ki, 2023-2025-ci illərdə Azərbaycanda ÜDM-in orta illik artım templəri 2,5%-dək səviyyədə olacaq.
Azərbaycan hökuməti 2023-cü ildə ÜDM-in artımını 1,8% səviyysində, 2024-cü ildə - 4,1% səviyyəsində, 2025-ci ildə - 3,7% səviyyəsində proqnozlaşdırır.
2022-ci ildə Azərbaycanda ÜDM-in artımı 4,6% təşkil edib. **
R.Əhmədov