Ermənistan XİN başçısı Ararat Mirzoyan vəABŞDövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edənDerek Xoqan çərşənbə axşamı telefon danışığı zamanı Erməniatanla Azərbaycan arasında münasibətlərin normallaşma prosesinin əsas məsələlərini müzakirə ediblər.
"Tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər. Vaşinqtonda planlaşdırılan müzakirələr ərəfəsində (iyunun 12-də Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü - İF) sərhədlərin delimitasiyası və təhlükəsizliyi daxil olmzaqla, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin əsas məsələləri nəzərdən keçirilib. Nazir Mirzoyan delimitasiya prosesində mümkün olan maksimum müəyyənliyin təmin edilməsinin vacibliyini, xüsusilə 1975-ci il xəritələrinə sadiqliyin vacibliyini vurğulayıb", - Ermənistan XİN-in mətbuat xidmətindən bildirilib.
Ermənistanın xarici işlər naziri güc tətbiqi təhlükəsinin istisna edilməsinin və ərazi bütövlüyünün qarşılıqlı hörmətin vacibliyini vurğulayıb. **