2023-cü ilin I rübündə “Bakı Metropoliteni” QSC sərnişin daşınmasından 18 milyon 639 min manat gəlir əldə edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 40,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ilin yanvar-mart aylarında metro nəqliyyatı ilə 52 milyon 678,3 min sərnişin (artım 15,4%) daşınıb.
Xəbər verildiyi kimi, 2022-ci ildə “Bakı Metropoliteni” QSC sərnişin daşınmasından 60 milyon 749,9 min manat gəlir (artım 2,3 dəfə) əldə edib. Ötən il metro ilə 208 milyon 696,1 min sərnişin (artım 2,3 dəfə) daşınıb.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 stansiyadan ibarətdir.*
N.Abbasova