İyunun 17-dən ABŞ-a ziyarətçi viza daxil olmaqla, müəyyən qeyri-mühacir vizalar üçün rüsumlar artırılır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
“ABŞ vizası üçün müraciət edənlərin nəzərinə: 17 iyun 2023-cü il tarixində ziyarətçi viza daxil olmaqla, müəyyən qeyri-mühacir vizalar üçün rüsumlar 160 dollardan 185 dollara qədər artacaq”, - deyə məlumatda qeyd olunub.*
R.Kərimov