Ermənistanın baş naziri Nikol Paşinyan regional nəqliyyat kommunikasiyalarının açılması üzrə nəzərəçarpacaq irəliləyiş əldə olunduğunu bildirib.
“Nəqliyyat kommunikasiyalarının açılması üzrə işçi qrupun sonuncu iclasında nəzərəçarpacaq irəliləyiş əldə olunub və mən buna çox şadam. Mən bir daha Ermənistanın bu kommunikasiyaların keçdiyi tərəflərin suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istəyirəm. Bu, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 9-cu bəndində qeyd olunmuş kommunikasiyalara aiddir”, - deyə o, bu gün Soçidə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşdə bildirib.
Paşinyan konkret həllərə nail olunacağına ümidvar olduğunu deyib.
“Biz konkret təkliflərimizi vermişik və ümid edirəm ki, bu təkliflər qəbul olunacaq. Bunlar son iki il ərzində işləyib hazırladığımız kompromis həllərdir”, – deyə Ermənistanın baş naziri qeyd edib.*