İyunun 7-də Azərbaycan Respublikasının baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfərə gəlib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
“İyunun 7-də Azərbaycan Respublikasının baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Soçiyə işgüzar səfərə gəlib”, - deyə məlumatda qeyd olunur.
Baş nazir, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında və III Avrasiya Konqresində qonaq qismində iştirak edəcək.
Bundan əlavə, səfər çərçivəsində Əli Əsədovun xarici həmkarları ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.*
R.Kərimov