Azərbaycanda koronavirus infeksiyasına 4 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831,869 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 3 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10279 nəfər təşkil edir.
Virusa yoluxmuş 821,559 min nəfər (sutka ərzində +9) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 31 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1,041 min (ötən gün 1185 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 628,898 min test aparılıb.*
X.Nəsirzadə