İtaliya Respublikasında səfərdə olan müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov iyunun 7-də bu ölkənin müdafiə naziri Quido Krosetto ilə görüşüb.
“Görüşdə Azərbaycan ilə İtaliya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb”, - deyə Müdafiə Nazirliyindən bildirilib.
Sonda ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.*
X.Nəsirzadə