2022-ci ildə “Azər-Türk Bank” əməkdaşların sayını artırıb.
“İnterfaks-Azərbaycan” bankın illik hesabatına istinadən məlumat verir ki, 2022-ci ilin sonuna bankda 513 nəfər (2021-ci ilin sonuna 408 nəfər) çalışıb.
Beləliklə, 2022-ci ildə bank ştatını 25,7% artırıb.
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın əsas səhmdarı Əmlak Məsələləri Dövlət Komitəsidir (75%). “T.C.Ziraat Bankasi” (Türkiyə), “AzRe Təkrarsığorta” şirkəti və “Qala Həyat Sığorta” şirkəti də bankın səhmdarları sırasında yer alır.**
R.Əhmədov